Dəhşətli QƏZA: Mikroavtobus “KamAZ”la toqquşub: Ölən var - FOTO

HADİSƏ 02.06.2022 1030

Kürdəmirdə ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa "KamAZ"ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və "Mercedes"də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top