Binəqədi-Novxanı yolunda ağır qəza: Yol bağlandı - VİDEO

HADİSƏ 31.05.2022 960

Binəqədi-Novxanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, qəza zamanı mişar daşı ilə yüklü olan 50-BO-630 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın aşıb. 

Hadisə nəticəsində yük maşınında olan mişar daşı yola dağılıb və avtomobil yolunun bir hissəsi bağlanıb. 

Qəzadan sonra Binəqədi-Novxanı yolunda və əks istiqamətdə tıxac yaranıb. 

Hadisə zamanı xəsarət alanların olub-olmadığı məlum deyil. 

Qəzanın səbəbləri araşdırılır. 

Hadisə yerindən görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top