Ev sahibindən qaçan oğru damdan uşağın üstünə düşdü - VİDEO

HADİSƏ 27.05.2022 1376

Türkiyənin İstanbul şəhərində əcnəbi şəxs oğurluq etmək üçün girdiyi evin damından küçəyə tullanıb.

Ev sahibindən qaçan şəxs küçədə, məktəbə gedən doqquz yaşlı Furkan A. - nın üstünə düşüb.

Baş verənlərdən təəccüblənən uşaq ayağından yüngül xəsarət alıb, oğru isə təşviş içində qaçmağa başlayıb.

Dalana dirənən küçədə qaçmağa yer olmadığından oğru bu dəfə də həmin ərazidəki binaya çıxıb. Buradan da aşağı tullanan həmin şəxs ayağını sındırıb. O bir neçə metr gəzdikdən sonra yerə yıxılıb.

Hadisə yerinə gələn tibb işçiləri ilkin yardım göstərdikdən sonra onu ambulansla xəstəxanaya aparıblar. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Faktla bağlı araşdırma başlayıb.

Mənbə: Sondakika

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top