Azərbaycanda 15 idmançı xəstəxanalıq oldu

HADİSƏ 26.04.2022 962

Aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 şəxsin dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə müraciət etməsi barədə Göygöl Rayon Prokurorluğuna məlumat daxil olub.

Göygöl Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər gənc idmançı qeyd edilən tarixdə ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib, həmin şəxslər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verməsini müəyyən etmək məqsədilə müvafiq nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top