Azərbaycanlı biznesmenə milyonlarla manatlıq kriptovalyuta dələduzluğu: Cinayət işi açıldı - VİDEO

HADİSƏ 22.04.2022 959

Uzun illərdir Antalyada (Türkiyə) tikinti, iaşə və qızıl sahəsinə sərmayə qoyan azərbaycanlı iş adamı Murad Muradov fırıldaqçıların qurbanı olub. Belə ki, biznesmen yüksək qazanc vədinə inanaraq girdiyi kriptovalyutaya birjasında təxminən 20 milyon TL (2,3 milyon manat) itirib.

“Xahiş edirəm, bu kriptovalyuta bazarlarına, xüsusən də Türkiyədə infrastrukturu olmayan bəzi naməlum şəxslərin “gəlin bura sərmayə qoyun” sözlərinə inanmayın. Yoxsa mənim kimi qurban olacaqsınız”, - deyə hadisədən sonra prokurorluğa şikayət edən Muradov xəbərdarlıq edib.

Biznesmenin sözlərinə görə bir müddət əvvəl 2 villasını kirayəyə götürmək istəyən alman O.M.L.R. və həyat yoldaşı ilə tanış olub. Bir müddət sonra onlar Muradova kriptovalyutaya sərmayə qoymağı təklif edib. İddialara görə, Muradov həmin şəxsin idarə etdiyi siyahıda olan şirkətə 1 milyon 172 min dollar pul (1,9 milyon manat) ödəyib.

Almaniya vətəndaşlarının bütün ehtiyaclarını və ödənişlərini qarşılayan Muradov qazandığı pulun bir hissəsi ilə torpaq sahəsi almaq istəyib.

Həmin şəxs torpaq almaq üçün Muradova 800 min dollar (1,3 milyon manat) göndərib. Daha sonra həmin şəxs guya bu 800 min dolları özününkü kimi göstərib və Muradovun xaricə getməsi fürsətindən istifadə edərək hesablarına girov əməliyyatına başlayıb. Xaricdəki hesablarından pul çıxara bilməyən və hesablarına həbs qoyulduğunu öyrənən Muradov şoka düşüb. Aldadıldığını anlayan azərbaycanlı biznesmen Türkiyəyə qayıdan kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə Şöbə Müdirliyinə gedərək həmin şəxslərdən şikayət edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top