
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin təməlində hər zaman vətəndaş amili dayanır. Bunu ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı səsləndirdiyi fikirlərdən də aydın şəkildə görmək olur. Bu məqsədlə Mingəçevir şəhərində hər həftənin 4-cü günü icra başçısı sakinlərlə səyyar görüş keçirir. Bu dəfə isə şəhərin M.Axundov,V.Hüseynov,S.Vurğun və həmin əraziyə yaxın olan digər binaların sakinləri ilə keçirilib. Onu da qeyd edək ki, sakinlər bu görüşlərin keçirilməsindən məmnun olduqlarını bildirirlər. Onlar sərbəst şəkildə onları narahat edən problemləri dilə gətirdilər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işlərinin insanların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, bu il də hazırlanmış layihələr çərçivəsində Mingəçevirdə yaşayış binalarının əsaslı təmiri və fasad hissələrinin rənglənməsi, vətəndaşların istirahəti üçün şəraitin yaradılması, işıqlanma nöqtələrinin artırılması, asfalt örtüyünün salınması, uşaq və gənclər üçün idman meydançalarının hazırlanması işləri görüləcəkdir.
Qeyd edək ki, bu ünvanda yaşayan sakinlər onları narahat edən sosial problemləri diqqətə çatdırılıb. Başçı sakinlərə söz verdi ki,qaldırılan və həlli vacib olan məsələlərə baxılacaq. Mərhələli şəkildə bütün bu işlər həyata keçiriləcək.
Saat24.Az Esmira Hidayətova,Mingəçevir.









