İranlı deputat: "Tehran nüvə silahı yaratmağa yaxındır"

Sadə xəbər
DÜNYA 09.04.2025 3277

İran parlamentinin üzvü Hüseyn İmami-Rad ölkəsinin nüvə silahı yaratmağa yaxın olduğunu bildirib.

Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, deputat Tehranın buna "təsəvvür ediləndən də yaxın" olduğunu deyib.

Onun sözlərinə görə, ölkəni nüvə silahı əldə etməkdən çəkindirən yeganə amil Ali lider Ayətullah Əli Xameneinin fətvasıdır.

Qeyd edək ki, deputatın nüvə silahı ilə bağlı açıqlaması son bir həftə ərzində səslənən dördüncü oxşar bəyanatdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top