
Rusiya Federasiyası ilə ABŞ arasında məsləhətləşmələrin ikinci raundu sabah - aprelin 10-da Rusiyanın İstanbulda Baş Konsulluğunda keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, iki ölkə arasındakı məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcəklər.
Qeyd edək ki, əvvəlki Rusiya-ABŞ məsləhətləşmələri fevralın 27-də İstanbulda keçirilmişdi.