ANAMA-nın əməkdaşı minaya düşdü

Sadə xəbər
HADİSƏ 06.04.2025 3413

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində onun sağ ayağının topuq nahiyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top