İran husiləri bölgədəki vəziyyəti gərginləşdirməməyə çağırdı

Sadə xəbər
DÜNYA 23.03.2025 3234

İran Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatını Yaxın Şərqdəki vəziyyəti gərginləşdirməməyə və ABŞ ilə danışıqlar kanalı açmaq imkanını nəzərdən keçirməyə çağırıb.

Saat24.Az xəbər verir ki, bu barədə İraqın "Shafaq News" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tehranın mesajını husilərə İraqın keçmiş baş naziri Adil Əbdül Mehdi bu yaxınlarda Sənaya səfəri zamanı çatdırıb.

Təklif ABŞ-nin hava zərbələrinə son qoyması şərti ilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarının dayandırılmasından ibarətdir.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top