Deputat Jalə Əliyeva seçicilərlə növbəti görüşünü keçirib –FOTO

Sadə xəbər
SİYASƏT 07.03.2025 3659

95 saylı Zərdab-Kürdəmir-Ucar  seçki dairəsinin deputatı Jalə Əliyeva Zərdab rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Saat24.Az xəbər verir ki, ilk öncə rayonunun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi  ehtiramla yad edilib.

Daha sonra Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Jalə Əliyeva seçkiləri qəbul edərək ona ünvanlanan sualları cavablandırıb və seçiciləri narahat edən məsələləri dinləyib.

Deputat müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb, bir sıra məsələlər yerindəcə həll edilib, müvafiq dövlət qurumlarına təqdim edilmək üçün onlardan ərizələr qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verib.
Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələnin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq.

Həmçinin, görüşdə çıxış edən Millət vəkili Jalə Əliyeva seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib. Seçiciləri maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub. Seçicilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və millət vəkili Jalə Əliyevaya təşəkkürlərini bildiriblər.Hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.


Bizim Facebooka kanalımıza abunə 
XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top