İtaliyalı deputatlar da ermənilərə görə Azərbaycana "ağız açdılar"

Manşet
DÜNYA 09.11.2024 2461

Birləşmiş Millətlər Təşkilatının Bakıda keçiriləcək iqlim dəyişikliyi konfransı ərəfəsində İtaliyanın 38 deputatı erməni hərbi əsirlərin azad edilməsi ilə bağlı çağırış ediblər.

"Saat24.az" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. 

"2024-cü il noyabrın 11-dən 22-dək Azərbaycanın COP29, BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcəyini nəzərə alaraq,

- İtaliyanın Bakı ilə çox yaxşı kommersiya və siyasi əlaqələrinin olduğunu, o cümlədən İtaliyanı Azərbaycanın əsas Avropa tərəfdaşları sırasına daxil edən enerji sektorunda səmərəli əməkdaşlığa malik olduğunu nəzərə alaraq, 

- Cənubi Qafqaz regionunda sabitliyin və sülhün bərqərar olmasının İtaliyanın maraqlarına cavab verdiyini, buna görə də Ermənistan və Azərbaycan arasında etimadın artmasına və yekun sülh sazişinin imzalanmasına töhfə verən bütün hərəkətləri təşviq etməyi nəzərə alaraq,

- Son münaqişələrdən sonra müxtəlif səbəblərdən 23 erməni hərbi əsir və digər məhbusların hələ də Bakıda saxlandığını, ailələrinin uzun müddətdir vətənə qayıtmasını gözlədiyini qeyd edərək,

 - Onların azad edilməsinin iki ölkə arasında münasibətlər üçün müsbət impuls olacağını və bundan sonra bütün regiona və COP29-un özünə əlavə müsbət təsir göstərəcəyini nəzərə alaraq,

 İtaliya Respublikasının aşağıda imzası olan deputatlar və senatorlar hökumətə müraciət edirlər.

- Azərbaycan tərəfdaşını xoşməramlılığın təzahürü və İtaliya ilə dostluq əlaməti olaraq COP29 tədbiri çərçivəsində bütün erməni hərbi əsirləri və digər həbs edilmiş şəxsləri azad etməyə çağırmaq;

- zəruri hallarda öz vəsaitləri hesabına vətənə qayıtmalarını təmin etmək;

- İtaliyanın regionda yekun sülhün bərqərar olmasına töhfə vermək öhdəliyini Ermənistan və Azərbaycana çatdırmaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top