“Biz Almaniya vətəndaşlarına dəfələrlə müraciət etmişik ki, İranı tərk etsinlər, çünki Cəmşid Şarməhdın timsalında görürük ki, İran bizim vətəndaşlarımızı girov götürür”.
"Saat24.az" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Almaniya Xarici İşlər Nazirliyi rəsmisi ölkənin Almaniya və İran vətəndaşlığı olan, bu həftənin əvvəlində İranda edam edilən Şarməhdın taleyindən “vətəndaşlarını qorumaq” istədiyini söyləyib
İran Ədliyyə Nazirliyinin məlumatına görə, Şarməhd terror fəaliyyətlərində, İsrail kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda, həmçinin İran monarxiya təşkilatında iştirakda təqsirli bilinib.
O, ABŞ-da yaşayıb, lakin 2020-ci ildə BƏƏ-də olarkən İran kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat zamanı İrana ekstradisiya olunub. O, 2023-cü ildə ölüm cəzasına məhkum edilib, bundan sonra Almaniya İrandan iki diplomatı geri çağırıb. Hökm 2024-cü ilin aprelində təsdiqlənib.