Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
"Saat24.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Prezident İlham Əliyev oktyabrın 31-də Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini qəbul edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruandanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.
***
Prezident İlham Əliyev oktyabrın 31-də Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.