Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Sadə xəbər
CƏMİYYƏT 18.10.2024 2649

COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib.

"Saat2.az" xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, liderlər sammiti dövründə hava limanından şəhərə -11, 12 və 13 noyabr tarixlərində şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq: "Bir sıra məhdudiyyət tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top