Manşet
Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası qaldırıb.
"Saat24.az" xəbər verir ki, bu barədə beynəlxalq arbitraj eksperti Sarqis Qriqoryan açıqlayıb.
"Bu işlər çərçivəsində artıq arbitraj məhkəmələri də təyin edilib. Yəni tərəflər öz arbitrlərini təyin edib, sədri var. Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır", - o deyib.
Sarqis Qriqoryanın sözlərinə görə, iddiaların məxfiliyi hələ də açılmayıb. Ermənistan onlar haqqında heç bir açıqlama verməyib: "Azərbaycanın hesabladığı zərər və Ermənistandan tələb olunan təzminatla bağlı məlumat hələlik məxfidir".