Sadə xəbər
2026-cı ildən "KIZILELMA" pilotsuz uçuş aparatının kütləvi istehsalına başlanılacaq.
"Saat24.az" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu "Baykar" İdarə Heyətinin sədri Səlcuk Bayraktar deyib.
2026-cı ildə 10-dan çox "KIZILELMA"nın havada olacağını söyləyən Bayraktar onun bütün komponentlərinin Türkiyə istehsalı olduğunu vurğulayıb.
""Akıncı" 10 ölkədə, "Bayraktar TB-2" 24 ölkədədir. İnşallah "KIZILELMA" daha çox olacaq. 2026-cı ildə 10-dan çox istehsal etməyi hədəfləyirik. "KIZILELMA"nın bütün komponentləri Türkiyə istehsalıdır, yalnız reaktiv mühərriki Ukraynadan gəlir. Biz də bu mövzu üzərində işləyirik. Bir neçə il xaricdən asılı olacağıq. 5-6 ildən sonra "KIZILELMA"da bir neçə növ mühərrik olacaq". - deyə Bayraktar qeyd edib.