Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Zərdab rayon polis idarəsinin rəisi Azər Əfəndiyev, DTX-nin Zərdab Rayon şöbəsinin rəisi Rüstəm Zakirov, Zərdab rayon prokuroru Zaur Əliyev,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov, şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları,Zərdab rayon təhsil şöbəsinin müdiri Gülağa İsgəndərov, Zərdab rayon Gənclər və idman idarəsinin rəisi İlkin Əliyev və YAP Zərdab rayon şöbəsinin nümayəndələri şəhadətə yüksələn Turan Muradovun xatirəsini andılar.
Saat24.Az xəbər verir ki,Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir diləyib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Turan kimi vətənpərvər, qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlik zirvəsinə ucalan Turan təkcə zərdablıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Adını şanlı tariximizə yazan, xalqımıza zəfər sevinci yaşadan Turanın ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Turanın xatirəsinin daim əziz tutulacağını bildirib.
Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü vurğulayıb. Qeyd edib ki,Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhidin məzarı başında çıxış edən Zərdab Rayon YAP-nın sədri Pərvin Mahmudova Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası uğrunda başladığı Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olan Turan kimi oğulların heç vaxt unudulmayacağını qeyd edib. Şəhidlərimizin qanı bahasına bayrağımızın dalğalandığı hər qarış torpağın müqəddəs olduğunu və buna görə şəhidlərimizə borclu olduğumuzu söyləyib.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab şöbəsinin rəisi Asif Əhədov Turanın Azərbaycan Ordusunun heyətində döyüşlərdə göstərdiyi şücaətdən və qəhrəmanlıq nümunələrindən danışıb, onların gələcəkdə gənc zabitlərə nümunə olacağını qeyd edib.
Sonra tədbir iştirakçıları şəhid Turan Vaqif oğlu Muradovdun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Qeyd olunub ki, Turan Vaqif oğlu Muradov Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Sonda şəhidin əmisi Siyavuş Muradov çıxış edərək Turan ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!
Saat24.Az Coşqun Abdullayev