İrəvandan Bakıya atəşkəsin pozulması ilə bağlı birgə araşdırma təklifi

Sadə xəbər
SİYASƏT 22.07.2024 4089

Ermənistan diplomatik kanallar vasitəsilə Azərbaycanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmi tətbiq etməyə dəvət edib. 

"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Ermənistanın baş nazirinin dəftərxanası vurğulayıb ki, İrəvan sərhəddə gərginliyin yaradılmasına imkan vermək niyyətində deyil və Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 15-də verdiyi bəyanatın davamı olaraq, iki ölkənin sərhədindəki atəşkəs haqqında pozuntu hallarının araşdırılmasına başlamağı təklif edir. 

Xatırladaq ki, iyunun 15-də Paşinyan Azərbaycana iki ölkə sərhədində atəşkəs rejiminin pozulması hallarını araşdırmaq üçün ikitərəfli mexanizm formalaşdırmağı təklif edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top