Ərdoğan Qazaxıstana getdi

SİYASƏT 03.07.2024 2708

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün özəl təyyarəsi ilə Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.

"Saat24.az" xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Kommunikasiyalar üzrə Direktor Fahrettin Altun, Ankara valisi Vasip Şahin və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğanla bərabər xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, ticarət naziri Ömer Bolat və bir neçə şəxs də Astanaya gediblər. 

Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. 

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top