Sadə xəbər
"Qərb ölkələri Minski hərbi qarşıdurmaya - “razborkaya” sürükləyir".
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Onlar sadəcə bizi müharibəyə sürükləmək üçün səbirsizlənirlər. Bizi bu sərhəd boyu ayırmaq, müqavimətimizi qeyri-mümkün etmək və gərginliyi o həddə çatdırmaq üçün bütün dünya titrəyəcək”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, vəziyyət çox ciddidir və “heç bir halda rahatlamamalıyıq”.