Lənkəran teatrına yeni direktor təyin edildi

Manşet
Mədəniyyət 22.06.2024 3006

Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

"Saat24.az" xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Ramil qızı Hüseynova bu vəzifəyə təyinat alıb.

O, bu gün teatrın kollektivinə təqdim edilib.

Qeyd edək ki, Laləzar Hűseynova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında 22 il işləyib. O, burada aktrisalıqdan baş rejissor vəzifəsinədək yüksəlib. Daha sonra isə Qusar Dövlət Ləzgi Dram Teatrında baş rejissor, Salyan Dövlət Kukla Teatrınıda direktor vəzifələrində çalışıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top