Evlənmək üçün başqa rayona gedən 15 yaşlı qız ailəsinə təhvil verildi

Manşet
HADİSƏ 21.06.2024 4893

Polis evlənmək məqsədi ilə başqa rayona gedən 15 yaşlı qızı taparaq ailəsinə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib.

Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top