Bayden Ukrayna Sülh Sammitində iştirak etməyəcək

Sadə xəbər
DÜNYA 04.06.2024 2390

ABŞ prezidenti Co Bayden İsveçrədə Ukraynaya həsr olunmuş sammitə qatılmayacaq. 

"Saat24.az" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

ABŞ-ni vitse-prezident Kamala Harris və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təmsil edəcək.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpini Sülh Sammitində iştirak etmək üçün İsveçrəyə getməyə çağırıb.

Xatırladaq ki, iki gün davam edəcək yüksək səviyyəli sammitdə iştirakçılar Ukraynada sülhə nail olmağın yollarını axtaracaqlar. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top