Qaçırdığı avtomobillə qəza törədən şəxs tutuldu

Sadə xəbər
HADİSƏ 03.06.2024 3074

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

"Saat24.az"ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb. O, Yevlax şəhərində saxlanılıb.

Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top