Pentaqon 7,5 milyard dollara JDAM komplektləri sifariş edib

Manşet
DÜNYA 25.05.2024 3723
Birləşmiş Ştatlar "Boeing”dən 7,49 milyard dollar dəyərində aviabombaların planlaşdırma və korreksiyası komplektləri olan JDAM sifariş edib.

"Saat24.az” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilib.

Bu dəstlər sərbəst düşən bombaları 75 km-ə qədər məsafədən hədəfləri planlaşdıra bilən lazerlə idarə olunan, dəqiq idarə olunan sursatlara çevirir.

Qeyd olunub ki, tədarük müddəti və həcmi müqavilə ilə məhdudlaşmır, lakin xidmət ABŞ-nin Müdafiə Nazirliyi tərəfindən sabit qiymətlərlə alınacaq. Sifariş üzərində işlərin "Boeing” tərəfindən 29 fevral 2030-cu ilə qədər başa çatdırılması gözlənilir. Onlar Missuridə istehsal olunacaq.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top