İrəvan Ermənistan-Azərbaycan sərhədində sərhədçiləri yerləşdirir

Manşet
SİYASƏT 24.05.2024 2440

İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.

"Saat24.az"ın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.

Məlumata görə, bu gündən dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində mühafizə prosesi keçid sxeminə uyğun olaraq həyata keçiriləcək:

Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top