Un məmulatları bahalaşacaq?

Sosial 23.05.2024 2718
Unun bahalaşması ilə şirniyyat qiymətlərinin artacağı iddia olunur.

"Saat24.az"ın Xezerxeber.az-a istinadən məlumatına görə, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində təxminən 2 manata yaxın artım olub. Bu artım hələ ki, özünü çörəyin və un məmulatlarının qiymətinin artımında göstərmir.

Amma sahibkarlar unun bahalaşmasının un məmulatlarının qiymətinə təsir etməyəcəyini deyirlər. Onlar bildirirlər ki, un məməulatlarının qiymətinin artması şirniyyatların hazırlanması zamanı istifadə edilən digər xammal məhsullarının qiymətindən asılıdır.

İqtisadçı Fuad İbrahimov isə bildirir ki, unun qiymətində artım tendensiyası müşahidə olunsa da, çörəyin bahalaşması gözlənilmir.

İqtisadçı onu da əlavə edib ki, bazarda olan əksər sahibkarlar un tədarükünü aylıq olaraq təmin edir. Ümumilikdə isə, unun qiymətində növbəti bahalaşma gözlənilmir.

Ekspertlər hesab edirlər ki, gələn aydan ölkədə taxıl biçinin başlaması da bazara müsbət təsir edəcək.
 
XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top