15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur

Sadə xəbər
Mədəniyyət 15.05.2024 3290


 Bu aksiya planetimizdə yaşayan insanların diqqətini ailə problemlərinə və onların həllinə yönəltməyə xidmət edir. Ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrinin həmrəyliyinə çalışır.

       Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməli hesab olunub.
Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsini həmişə diqqətdə saxlayıb. Azərbaycan ailəsinin ən gözəl nümunəsi də Heydər Əliyev və xanımı Zərifə Əliyeva olmuşdur. Həmişə təmtəraqdan uzaq olan bu böyük şəxsiyyətlərin ailəsində vətənpərvər və müzəffər olan İlham Əliyevin yetişməsi də təsadüf deyildir.

 Örnək olacaq ailə münasibətləri və bu yöndəki fəaliyyətlər indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. 

    Dövlətimiz cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi istiqamətində də böyük işlər görüb. Bu məqsədlə 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

    Bu məsələyə daim böyük həssaslıqla yanaşan ölkə  Prezidenti cənab İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

    Ölkəmizin  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da vaxtaşırı uşaq evlərində görüşlərdə olması  Azərbaycanın gələcəyi olan uşaqlara, ailələrə ənənəvi münasibətinin təzahürüdür. 


Ailə kiçik dövlətdir. Dövlətimiz  bütün dünyaya nümunə olacaq Azərbaycan  ailələlərinə həmişə  qayğı və himayə göstərməklə örnək olur.

Ramil Mehdiyev, Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top