Narkotikin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı

HADİSƏ 15.05.2024 3271

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Xəzər” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Saat24.az"a verilən məlumata görə, sürücü F.Nadirov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 22 sürücü barəsində inzibati protokol tərtib edilib.

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top