Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

DÜNYA 04.05.2024 3388

ABŞ, Avstriya, Kanada və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu Yerdən 280 işıq ili uzaqlıqda yerləşən WASP-43b ekzoplanetini kəşf edib.

"Saat24.az" xəbər verir ki, bu bardə tədqiqat “Nature Astronomy” (NatAstro) elmi jurnalında dərc olunub.

Ekzoplanetdəki ekstremal hava şəraiti alimlərin marağına səbəb olub.

WASP-43b isti qaz nəhənginin bir növüdür.

Planet ölçüsünə görə Yupiterlə müqayisə olunur lakin kütləsi iki dəfə böyükdür.

Ekzoplanetin bir tərəfi daim günəşə baxır, digər tərəfində isə əbədi gecə hökm sürür.

Ekzoplanetin günəş tərəfi 1260 °C-ə qədər qızır.

Gecə olan hissədə keləyin sürəti saatda 9000 kilometrə çatır ki, bu da atmosferdəki səs sürətindən yeddi dəfə çox.

Planetdəki iqlim şəraitini qiymətləndirmək üçün tədqiqatçılar “James Webb Kosmik Teleskopunda” (JWST) orta infraqırmızı alətdən istifadə ediblər.

JWST ölçmələri həmçinin WASP-43b-nin kimyəvi tərkibində su buxarı aşkar edib.

XƏBƏR LENTİ
18.05.2024 3216

DİGƏR XƏBƏRLƏR

Loading
Top