Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

SİYASƏT 02.05.2024 2915

"Müdafiə Nazirliyi artıq sərhədi müəyyən edilmiş ərazilərdə xidmət göstərməyəcək".

"Saat24.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan qeyd edib ki, sərhəd qoşunlarının mandatı Ermənistanın sərhədini qorumaqdır: "Sərhədin mühafizəsi məsələsi tam şəkildə MTN-in sərhəd mühafizəsi qoşunları tərəfindən həyata keçiriləcək. Yəni bizim o ərazidə, sərhəddə Müdafiə Nazirliyinin mövqeləri olmayacaq". 

Onun sözlərinə görə, əsgərin üzərinə çox yük qoyulur: "Ordumuza və əsgərlərimizə qarşı haqsızlıq edirik. Diplomatiyanın yükünü, iqtisadiyyatın yükünü, təhlükəsizlik yükünü əsgərin üzərinə qoyuruq, əsgərin yükünü də əsgərin üzərinə qoyuruq və deyirik: əziz əsgər, gör nə edirsən. Əslində, əsgər və ordu təhlükəsizliyin sonuncu amilidir.

Ordumuzun ən böyük problemlərindən biri də odur ki, əsgərlərimiz xidmətinin çox hissəsini səngərdə keçirir, hətta əsgər kimi lazımınca məşq edə bilmirlər".

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top