Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

SİYASƏT 17.04.2024 3119
Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mərhələli şəkildə həyata keçirilir.

"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV-ə diplomatik mənbə açıqlayıb.

"Qoşunların çıxarılması eşalonla, Dağıstandan keçməklə həyata keçirilir", - deyə qeyd olunub.

Son qrupun bölgədən nə vaxt çıxacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi olan Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı qüvvələr Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixində 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatına uyğun olaraq Qarabağa yerləşdirilmişdi.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top