Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Sadə xəbər
HADİSƏ 01.04.2024 1523

Paytaxtın Fatmayı bağları adlanan ərazidə evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə  “Saat24.az”a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top