Manşet
"Sənət adamı, aktyor üçün təqaüdə çıxmaq olmamalıdır. Həmin adam səhnədən alqışlarla yola salınmalıdır".
"Saat24.az" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Zaurla Günaydın" proqramında deyib. O, sənət adamlarının təqaüdə göndərilməsini tənqid edib.
Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev "Müayinə edilir, 2 ildir həkim nəzarətindəyəm. İnkişafın qarşısı alınır. Birdəfəlik müalicəsi yoxdur. Amma Almaniyada əməliyyat olunmaq olur. Beynə çip yerləşdirirlər, qiyməti 50 min dollardır. Amma Türkiyədən bir professor gəlmişdi, 25 min dollar istədi. O da çıxdı getdi".
Aparıcı Zaur Baxşəliyev isə Azərbaycanda bu əməliyyatı edən həkim olduğunu, aktyoru reklam qarşılığında əməliyyat etdirmək istədiyini söyləyib.