Tanınmış hakimlər təqaüdə göndərilir

Sadə xəbər
CƏMİYYƏT 22.03.2024 1483
Bakı Ağır Cinayətlər Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir.

"Saat24.az"ın əldə etdiyi məlumata görə, onlar Əhməd Quliyev və Mahmud Ağalarovdur.

Yaş həddi ilə bağlı artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hazırda araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətlərini tamamlayacaqlar.

Qeyd edək ki, 65 yaşlı Ə.Quliyev və M.Ağalarov uzun illərdir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləridir. Onların icraatında ölkə gündəmində olan bir çox səs-küylü məhkəmə işləri olub.//Qafqazinfo
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top