Qəzza ilə bağlı altı ərəb ölkəsi TOPLANIR

DÜNYA 09.03.2024 2048

Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün altı ərəb dövlətinin görüşü martın 10-da Səudiyyə Ərəbistanında keçiriləcək.

"Saat24.az"  xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya və Fələstin nümayəndələrinin qatılacağı altıtərəfli görüşdə Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı məsələlərə baxılacaq.

Görüşdə müzakirə olunacaq mövzular arasında Qəzza əhalisinə humanitar yardımın çatdırılması və digər məsələlər var.

İclasda ölkələrin təmsil olunma səviyyəsi hələ açıqlanmayıb. HƏMAS-ın görüşdə hansısa formada təmsil olunacağı barədə məlumat yoxdur.

Qeyd edək ki, analoji görüş ötən ay krallıqda keçirilib. Sonra beş ərəb dövlətinin xarici işlər nazirləri və Fələstin Azadlıq Təşkilatının nümayəndəsi anklavın mülki əhalisinin müdafiəsinə təminat verərək, hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. 

Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı Qahirədə danışıqların yaxın günlərdə bərpa olunacağını iddia edir

XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top