![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/8/1/79a1c0f9-25d5-42df-be0c-5994e68973e5/af006715-c10f-3bd3-b616-4a0894f75eb9_850.jpg)
Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır.
"Saat24.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
"İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur", - dövlət başçısı qeyd edib.