"Dostluq" kinoteatrı söküləcəkmi? - Rəsmi açıqlama

Sadə xəbər
Mədəniyyət 06.03.2024 2057
Hazırda "Dostluq” kinoteatrının tarixi abidələrin siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılır.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Dostluq” kinoteatrının hasara alınması və söküləcəyi ilə bağlı cəmiyyətdə yaranmış narazılığa münasibət bildirərkən deyib.

Xidmətdən bildiriblər ki, sözügedən kinoteatrın sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

"Dostluq" kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikinti və bərpa işləri aparılacaq. Ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə ilə hasarlanıb”.

Bir neçə gündür ki, sosial şəbəkədə "Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumatlar yayılır. Sovet dövründə geniş tamaşaçı kütləsinin mədəni əyləncə məkanı olan bu kinoteatrın sökülməsi cəmiyyətdə böyük narazılqı yaradıb. //qaynarinfo
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top