ABŞ Çinin Rusiyaya hərbi dəstəyindən narahatdır

DÜNYA 17.02.2024 2718

ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Çin tərəfindən dəstək verilməsindən narahatlığını bildirib.

"Saat24.az" xəbər verir ki, ABŞ rəsmisi bu narahatlığını Munxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə dilə gətirib. Dövlət Departamentinin görüşə dair açıqlamasında deyilir ki, Antoni Blinken ÇXR-in Rusiya müdafiə sənayesinə dəstəyi ilə bağlı ölkəsinin narazılığını çatdırıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin rəsmiləri bir neçə dəfə Çinin Rusiyaya hərbi dəstək göstərməsinə dair açıqlamalar verib. Bura həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəyi, ikili təyinatlı məhsulların ixracı və s. daxildir. Çin tərəfi isə bu iddiaları qəti surətdə təkzib edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top