Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 9-da silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləyib.
"Saat24.az" xaricİ KİV-ə istinadən xəbər verir ki, Azərbaycan liderinin seçkilərdən sonra ilk dəfə Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olmasını Ermənistan tərəfi özünə mesaj kimi qəbul edib.
Bu barədə erməni hərbi ekspert Aleksandr Xramçix bildirib ki, bu, təsadüfi təşkil olunmuş səfər deyil: "Seçkilərdə qələbə qazandıqdan sonra hərbi obyektə baş çəkmək və yeni pilotsuz təyyarənin uçuşunu izləmək Azərbaycan hökumətinin hərbi sahəyə, hərbi sənayeyə, silahlı qüvvələrə və ölkədəki gücə verdiyi önəmi göstərir. Ona görə də seçkilərdən sonra yeni PUA-nın uçuşunu izləmək regiona unikal mesajdır".
Onun fikrincə, bütün bunlara ən çox İrəvanda riayət edilməli, bu gücün kimə qarşı istifadə oluna biləcəyini başa düşmək lazımdır.