Bir gündə 16 ədəd silah-sursat götürülüb

Sadə xəbər
HADİSƏ 13.01.2024 1139

Yanvarın 12-də vətəndaşlardan 16 ədəd silah-sursat götürülüb.

"Saat24.az" xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyi (DİN məlumat yayıb.

Bildirilib ki, ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

Həmçinin ötən gün qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tapança, 5 ədəd tüfəng, 5 patron darağı və 38 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top