Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlandı

Sadə xəbər
HADİSƏ 09.01.2024 2945

Biləsuvar şəhəri PMK-19 yaşayış massivinin yaxınlığındakı çöl sahəsindən silah tapılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top