Qanunsuz ov etmək istəyənlər tutuldu

HADİSƏ 05.01.2024 2673

Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.

Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top