Demokratik Birlik Partiyasının növbədənkənar prezident seçkilərilə bağlı mövqeyi

Manşet
SİYASƏT 19.12.2023 2916

Dekabr ayının 18-də Demokratik Birlik Partiyası (DBP) Siyasi Şurasının genişləndirilmiş yığıncağı keçirilmişdir.
Yığıncaqda ölkədəki ictimai- siyasi durum, regionda və dünyada baş verən hadisələr, 2024- cü il fevralın 7 – nə təyin olunmuş növbədənkənar Prezident seçkilərinə münasibət müzakirə edilmişdir.

Tam demokratik və aydınlıq şəraitində keçirilən iclasda hər bir partiya fəalına öz fikirlərini açıq şəkildə ifadə etmək üçün geniş imkanlar yaradılmışdır. Çıxış edənlər yekdillik nümayiş etdirərək bir məsələni xüsusilə vurğulayırdılar ki,1993-cü ildən son illərə qədər keçirilən seçkilərdə bir milyona qədər soydaşlarımızın doğma yurdlarından didərgin salınaraq məcburi köçkün həyatı yaşamağa məhkum olunduğundan President, parlament və bələdiyyə seçkilərində fəal iştirak edə bilmirdi. Hətta bu faktlar bir sıra beynəlxalq təşkilatların ölkəmizdə keçirilən seçkilər zamanı apardığı müşahidələrin yekununa əsasən hazırladıqları rəy və bəyanatlarda da öz əksini tapırdı.Ölkə əhalisinin mütləq əksəriyyətinin həyat şəraiti və maddi vəziyyəti heç də yaxşı deyildi. Bütün sahələrdə gerilik və durğunluq vardı.

İclasda çıxış edən partiya fəalları bu məsələləri qeyd etməklə yanaşı 2020- ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023- cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdığını böyük məmnunluqla bildirmişlər. Bu reallığı görməmək, dərk etməmək və qiymətləndirməmək ən azı siyası naşılıq və qərəzçilik olardı. Çünki bir xalq olaraq, bir millət olaraq hamımızın, hər bir insanımızın, hər bir ölkə vətəndaşımızın ən ümdə arzusu torpaqlarımızın işğaldan azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpası olmuşdur.

İndi bu arzu həyata keçirilmiş və uzun illərdən sonra ölkəmizin siyasi həyatında yeni reallıqlar yaranmış və yeni bir eraya qədəm qoyulmuşdur. Bu, həqiqətdir və bir siyasi təşkilat olaraq, bir partiya olaraq bu həqiqəti, ölkədə baş verən bu reallıqları dərk etməli və düzgün qiymətləndirməliyik. Çünki bizim milli- strateji hədəflərimizdən biri, əgər xalqımızın həyat şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi və bu istiqamətlərdə köklü islahatların aparılması idisə, ən əsası isə məhz zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur.
Toplantıda bu reallıqlar ətrafında geniş müzakirə aparılmış və son olaraq qərara alınmışdır ki, 2024- cü il fevralın 7- də növbədənkənar Prezident seşkilərinin təyin olunması, məhz bu reallıqların və siyasi proseslərin doğurduğu düzgün məntiqi nəticədir.

Bu gün artlq real faktdır ki,Azərbaycanın üç rəngli bayrağı vətənimizin bütün şəhər və kəndlərində olduğu kimi, Xankəndində, Şuşada və işğaldan azad olunmuş digər rayonlarda əzəmətlə, qürurla dalğalanır. Toplantı iştirakçıları ümidvar olduğunu bildirmişlər ki, növbədənkənar Prezident seçkilərindən sonra, nəhayət, ölkədə geniş miqyaslı islahatlar aparılacaq, elm, təhsil, səhiyyə və digər sahələrdə böyük dəyişikliklər olacaqdır.

Mirfazil Həmid,
Demokratik Birlik Partiyasının (DBP) sədri.

 

  •  
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top