
Saat24.Az xəbər verir ki,2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş YAP Zərdab Rayon Təşkilatının Seçki Qərargahının ilk iclası keçirilib. İclasda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər müzakirə edilib, qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb.














