Paşinyan Overçukla sülh müqaviləsini müzakirə etdi

Manşet
SİYASƏT 15.12.2023 1865

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

"saat24.az" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasda baş nazirin müavini Mher Qriqoryan da iştirak edib.

Həmsöhbətçilər Ermənistan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində Ermənistan-Rusiya münasibətlərinin aktual məsələlərini, eləcə də Aİİ formatında əməkdaşlıqla bağlı mövzuları müzakirə ediblər.

Paşinyan qeyd edib ki, ER hökuməti “Sülhün kəsişməsi” layihəsini təqdim edib və suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat infrastrukturunu blokdan çıxarmağa hazırdır.

XƏBƏR LENTİ
11.10.2024 3680

DİGƏR XƏBƏRLƏR

Loading
Top