Sadə xəbər
Rumıniyada qızılca epidemiyası elan edilib.
"Saat24.az" xarici mətbuata istinadən xəbər verir ki, 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur:
“Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib” , - Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.