"Ermənistan dost ölkədir" - Kreml

Sadə xəbər
DÜNYA 30.11.2023 1865

"Rusiya Ermənistanı müttəfiq hesab edir". 

"Saat24.az" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Kreml nümayəndəsi Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramını imzalamasını şərh edib.

O, qeyd edib ki, Ermənistan suveren dövlətdir və onu məqsədəuyğun hesab etdiyi ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirir. Prezidentin mətbuat katibi onu da əlavə edib ki, Ermənistan Rusiya Federasiyasına dost ölkələrdən biridir, ona görə də Rusiya tərəfi müttəfiqlik münasibətlərini bundan sonra da inkişaf etdirəcək.

"Bizim Ermənistanla öz münasibətlərimiz var. Və təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Biz müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik ", - Peskov bildirib.

XƏBƏR LENTİ
05.05.2025 2965

DİGƏR XƏBƏRLƏR

Loading
Top