ANAMA işğaldan azad olunmuş ərazilərə işçi axtarır

Sadə xəbər
CƏMİYYƏT 06.10.2023 2000

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə müxtəlif işlərlə bağlı sənəd qəbulu elan edib.

ANAMA-nın mətbuat xidmətindən "Saat24.az"a bildirilib ki, iş elanı Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrinə qəbulla bağlıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir:

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin dekabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top